Fərid Qayıbov "UFC Fight Night"da yarışan idmançılarla görüşdü
Gənclər və idman naziri Fərid Qayıbov Bakıda ikinci dəfə keçirilən "UFC Fight Night" turnirində Azərbaycanı təmsil edən idmançılarla görüşüb.
"Mediasport" xəbər verir ki, Rafael Fiziyev, Nazim Sadıxov, Fərman Həsənov və Tahir Abdullayevlə söhbət zamanı idmançıların turnirdəki çıxışları, yarışla bağlı təəssüratları və gələcək planları müzakirə olunub.
Fərid Qayıbov onları nümayiş etdirdikləri mübarizəyə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.


