Azər Bağırov bir neçə gün əvvəl bıçaqlanan Vyesəli ziyarət etdi

 Azər Bağırov bir neçə gün əvvəl bıçaqlanan Vyesəli ziyarət etdi

“Kəpəz” rəsmiləri bir neçə gün əvvəl Gəncədə bıçaqlanan futbolçuları Veysəl Rzayevi ziyarət ediblər.

"Mediasport" xəbər verir ki, İdarə Heyətinin üzvü Fərman Əlizadə, infrastruktur rəhbəri Ruslan Məmmədov, baş məşqçi Azər Bağırov və komandanın kapitanı Əli Səmədov yarımmüdafiəçiyə müalicə aldığı xəstəxanada baş çəkiblər.

Klub nümayəndələri Veysəlin səhhəti ilə yerində maraqlanıb, ona mənəvi dəstək göstərərək tezliklə tam sağalmasını və yaşıl meydanlara qayıtmasını arzulayıblar.