Erməni futbolçu bu axşam Bakıda "Neftçi"yə qarşı forma geyinəcək

Erməni futbolçu bu axşam Bakıda "Neftçi"yə qarşı forma geyinəcək

Erməni futbolçu Karen Vardanyan Azərbaycana gəlib.

"Mediasport" xəbər verir ki, Belarus vətəndaşı olan "Dinamo"nun hücumçusu bu axşam Bakıda "Neftçi" ilə matçda meydana çıxa bilər.

23 yaşlı forvard Minsk klubunun heyətində UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu üçün sifariş edilib.

Belarusda anadan olmuş Vardanyanın atası ermənidir. O, 2026-cı ildə Belarusun əsas milli komandasında debüt edib.

Açıqlamalarının birində bildirib ki, Ermənistan Futbol Federasiyasından dəvət gəlsə də, qəbul etməyib. Həmçinin atası ilə əlaqəsinin olmadığını açıqlayıb:

"Mən yalnız anamla yaşamışam, atamla heç bir əlaqəm yoxdur. Yalnız hərdən babamla danışıram. Onlar əslən Qarakilsədəndirlər.

1 il əvvəl mənə Ermənistan yığmasından mənimlə əlaqə saxlayıb oynamağı təklif etdilər. Lakin mənim istəyim Belarus millisində çıxış etmək idi".

Belarusun "Vitebsk" klubunun yetirməsi 2025-ci ildən "Dinamo"da forma geyinir.