Türkiyə millisinin üzvlərindən Qurban Qurbanova hədiyyə - VİDEO
Tanınmış türkiyəli şərhçi Ertem Şener "Qarabağ" klubunun bazasını ziyarət edib.
"Mediasport" xəbər verir ki, məşhur aparıcı Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla görüşərək, ona Türkiyə millisinin imzalı formasını və top hədiyyə edib.
Q.Qurbanov 44 günlük Vətən müharibəsinə həsr edilmiş 44 nömrəli formanın çox dəyərli olduğunu bildirib.
