"Qarabağ"ın sabiq futbolçusunun atasının dağıdılmış məzarı tapıldı

"Qarabağ"ın sabiq futbolçusunun atasının dağıdılmış məzarı tapıldı

Futbol üzrə Azərbaycan milli komandası və “Qarabağ”ın sabiq üzvü Vüqar Nadirovun atasının məzarı tapılıb.

"Mediasport" xəbər verir ki, "General Ərşad" ləqəbi ilə tanınmış Ərşad Nadirovun qəbri Ermənistan silahlı qüvvlərinin işğalından sonra dağıdılmış Ağdam rayonunun ərazisində aşkarlanıb.

Qəhrəman döyüşçü 1993-cü ildə 43 yaşında şəhid olub.

Hazırda 1-ci Liqada “Şəmkir” komandasının baş məşçqisi olan V.Nadirov işğaldan azad edilmiş Ağdam rayonuna yollanaraq atasının tapılan məzarını ziyarət edib.

Qeyd edək ki, Ərşad Nadirov  “Qarabağ” Futbol Klubunun prezidenti və yaradıcılarından olmuş mərhum Adil Nadirovun qardaşıdır.