"Qarabağ"dan uşaqlara MÜJDƏ
"Qarabağ" FK azyaşlı azarkeşlərini sevindirib.
"Mediasport" xəbər verir ki, Ağdam klubunun uşaqlar üçün geyim forması hazırlanıb.
Ağ, qara və göy rəngli formalar 7-14 yaşlı balacalar üçün nəzərdə tutulub.
Formaları onlayn mağazdan (qarabagh.shop) və ya "Park Bulvar" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşən rəsmi fanşopdan əldə etmək mümkündür.
Qeyd edək ki, formalar məhdud sayda buraxılıb.

