Mahirin anasının avtomobili qarajda ola-ola cərimələndi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin anası Elnurə Emreli maraqlı paylaşımı ilə gündəm olub.
"Mediasport" xəbər verir ki, o, qanunsuz şəkildə cərimələndiyini iddia edib.
Emreli paylaşımında bildirib ki, avtomobili qarajda ola-ola cərimələnib:
“Maşın bu gün qarajdan çıxmayıb. Bu necə mümkündür, bilən var?”.