Türkiyə yığmasının baş məşqçisi yerə yıxıldı, oyun yarımçıq qaldı
Türkiyənin U-21 milli komandasının baş məşqçisi Egemen Korkmaz xoşagəlməz hadisə ilə üzləşib.
"Mediasport" xəbər verir ki, mütəxəssis AVRO-2027-nin seçmə mərhələsinin 6-cı turu çərçivəsində Xorvatiya ilə oyunda yerə yıxılıb.
Görüşün 36-cı dəqiqəsində futbolçusu Ege Tırknaza sarı vərəqə göstərdiyinə görə baş hakimə sərt şəkildə etiraz edən 43 yaşlı çalışdırıcının ayağı burxulub və başı yerə dəyib.
Korkmaza dərhal ilkin tibbi yardım göstərilsə də, təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Baş hakim qarşılaşmanı yarımçıq dayandırıb.
