Mahir Emreli bacısı ilə məşhur aktrisanın qonağı oldu - FOTOLAR

Mahir Emreli bacısı ilə məşhur aktrisanın qonağı oldu - FOTOLAR

Azərbaycan millisinin futbolçusu Mahir Emreli aktrisa Məlahət Abbasovanın qonağı olub.

"Mediasport" xəbər verir ki, aktrisa birlikdə çəkilmiş fotolarını sosial şəbəkədə paylaşıb.

Fotolarda M.Abbasovanın qızı Sude və Mahirin bacısı Aişə də yer alıb.

Abbasova Emrelinin ad gününü təbrik edərək "Azərbaycanımızın qüruru, canım Mahir. Ad günün mübarək. Sənə sağlamlıq, hüzur, futbol həyatında sonsuz uğurlar diləyirəm. Yaxşı ki, varsan! Allah səni və gözəl ailəni qorusun. Hamınızı çox sevirem. Sonsuz sevgilər" sözlərini yazıb.

Mahir isə ona "Canımız, fəxrimiz, ailəmizin sevimlisi, yaşayan əfsanəmiz, sağ olun. Sevinirəm ki, sizi tanıyıram" cavabını verib.