40 yaşlı Ronaldo ilk milyarder futbolçu kimi dünya tarixinə düşdü

40 yaşlı Ronaldo ilk milyarder futbolçu kimi dünya tarixinə düşdü

Dünya futbolunun canlı əfsanəsi Kristiano Ronaldo növbəti dəfə tarixə düşüb.

"Mediasport" xəbər verir ki, portuqaliyalı superulduz bu dəfə 1,4 milyardlıq sərvətlə milyarder statusuna sahib ilk futbolçu olub.

Məlumata görə, pireneyli uzun müddət əsas rəqibi, argentinalı Lionel Messi ilə təxminən eyni səviyyədə olsa da, 2023-cü ildən vəziyyət xeyli dəyişib.

Avropa çempionu həmin il 200 milyon dollarlıq müqavilə ilə Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubuna keçib.