"Tvente"də ciddi itkilər var: 3 futbolçusu Bakıda oynamayacaq

"Tvente"də ciddi itkilər var: 3 futbolçusu Bakıda oynamayacaq

Avqustun 27-də Bakıda UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ"ın qonağı olacaq Niderlandın "Tvente" klubu Azərbaycana itkilərlə gələcək.

"Mediasport" xəbər verir ki, Ensxede təmsilçisi ağdamlılarla görüşdə 3 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Stav Lemkin, Sem Lammers, Kristian Hlinsson zədə səbəbindən heyətdə yer almayacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Xatırladaq ki, Qurban Qurbanovun komandası ötən həftə səfərdə reallaşan ilk dueldə qələbə qazanıb - 1:0.