Yığma komandamızın futbolçusu KL-də "Zirə"yə qarşı oynaya bilər

Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov karyerasını Xorvatiyada davam etdirə bilər.
"Mediasport" xəbər verir ki, "Hayduk" komandası 26 yaşlı forvardı transfer etmək istəyir.
Polşa mətbuatı "Radomyak"la müqaviləsi başa çatan Dadaşovun anlaşmasının uzadılmayacağını açıqlayıb.
Renatın Xorvatiya təmsilçisinə keçidi baş tutsa, UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Zirə"yə rəqib olacaq.