Azərbaycan klubları ev oyunlarını Zaqatala və Şəmkirdə keçirəcəklər
Azərbaycan 2-ci liqasında mübarizə aparan "Şəki Siti" komandası Zaqatalaya "köçüb".
"Mediasport" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası qərar çıxarıb.
Komanda qarşıdakı aylarda ev oyunlarını Zaqatala Olimpiya Kompleksinin stadionunda keçirəcək.
Buna səbəb Şəki şəhər stadionunda aparılan təmir və yenidənqurma işlərinin başa çatdırılmamasıdır.
Xatırladaq ki, şəkililər bir müddətdir rəqiblərini Bakıda qəbul edirdilər.
Hazırda 2-ci liqada 26 xalla 4-cü yerdə qərarlaşmış kollektivin Zaqatalada ilk sınağı martın 3-də "Ağdaş"a qarşı olacaq.
Həmçinin "Ağstafa Gəncləri" Ağstafa şəhər stadionunun qazonunda bərpa işləri davam etdiyi üçün Şəmkir OİK stadionundan yararlanacaq.
