Mançesterdə 9 qol vuruldu, "Budö Qlimt" İtaliyada tarix yazdı

Mançesterdə 9 qol vuruldu, "Budö Qlimt" İtaliyada tarix yazdı

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

“Mediasport” xəbər verir ki, 4 qarşılaşma ilə yarımfinala vəsiqə qazanan kollektivlərin adlarına aydınlıq gətirilib.

Günün ən maraqlı matçlarından biri 9 qolun vurulduğu "Old Trafford"da reallaşıb.

İtaliyanın paytaxtı Romada isə sensasiya qeydə alınıb. Cari mövsüm Liqa mərhələsində evdə yeganə məğlubiyyəti "Qarabağ"dan almış "Budö Qlimt" penaltilər seriyası ilə "Latsio"nu mübarizədən kənarlaşdırıb.

Yarımfinal mərhələsi mayın 1-də start götürəcək.


UEFA Avropa Liqası. 1/4 final. Cavab oyunları


“Atletik” (İspaniya) - “Reyncers” (Şotlandiya) 2:0 İlk oyun - 0:0

“Mançester Yunayted” (İngiltərə) - “Lion” (Fransa) 2:2 (ə.v., 3:2) İlk oyun - 2:2

“Ayntraxt” (Frankfurt, Almaniya) - “Tottenhem” (İngiltərə) 0:1 İlk oyun - 1:1

“Latsio” (İtaliya) - “Budö Qlimt” (Norveç) 2:0 (ə.v., 1:1, penaltilər - 2:3) İlk oyun - 0:2