İsgəndər Əsgərov DÇ-2027-nin Türkiyə – Norveç matçında olacaq
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov növbəti təyinat alıb.
Federasiyadan "Mediasport"a verilən məlumata görə, mütəxəssis kişilər arasında DÇ-2027-nin Avropa zonası üzrə seçmə mərhələsində iş başında olacaq.
O, Türkiyə – Norveç görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi qismində fəaliyyət göstərəcək.
Mayın 16-da Ankaranın “THF İdman Kompleksi”ndə oynanılacaq qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
