İslam Mahaçevdən yeni rekord

 İslam Mahaçevdən yeni rekord

Rusiyalı UFC döyüşçüsü İslam Mahaçev yarış tarixində ən uzunmüddətli qələbə seriyasının yeni rekordçusu olub.

"Mediasport" xəbər verir ki, dağıstanlı idmançı irlandiyalı İan Maçado Qerrini məğlub etməklə ardıcıl 17-ci qələbəsini qazanıb.

O, Filadelfiyada keçirilən "UFC 330" turnirinin əsas döyüşündə yekdil hakim qərarı ilə qalib elan edilib.

Mahaçev bununla da braziliyalı Anderson Silvanın 16 döyüşlük qələbə seriyasını geridə qoyaraq UFC tarixində bu göstərici üzrə mütləq rekord müəyyənləşdirib.

Xatırladaq ki, Mahaçevin UFC-də 19 döyüşdə 18 qələbəsi var.

Həm yüngül, həm də yarımorta çəki dərəcələrində UFC çempionu olub təşkilat tarixində iki müxtəlif çəki dərəcəsində titul qazanan ilk rusiyalı döyüşçüdür.