Avropa Liqasında 2025/2026-cı illər mövsümü start götürdü

Avropa Liqasında 2025/2026-cı illər mövsümü start götürdü

UEFA Avropa Liqasında 2025/2026-cı illər mövsümü start götürüb.

"Mediasport" xəbər verir ki, 1-ci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində 8 matç baş tutub.

Yarışın ilk qarşılaşması Bakıda reallaşıb.

Türkiyəli Arda Turanın baş məşqçisi olduğu Ukraynanın "Şaxtyor" klubu 6 cavabsız qolla qələbə qazanıb.

Raundun cavab oyunları iyulun 17-də keçiriləcək. 


UEFA Avropa Liqası. 1-ci təsnifat mərhələsi. İlk oyunlar


“Sabah” (AZƏRBAYCAN) – “Çelye” (Sloveniya) 2:3

AEK (Kipr) – “Partizan” (Serbiya) 1:0

“Şerif” (Moldova) – “Priştina” (Kosovo) 4:0

“Pakş” (Macarıstan) - ÇFR (Rumıniya) 0:0

“Levski” (Bolqarıstan) – “Hapoel” (Beer Şeva, İsrail) 0:0

“Şaxtyor” (Donetsk, Ukrayna) – “İlves” (Finlandiya) 6:0

“Spartak” (Trnava, Slovakiya) – “Hekken” (İsveç) 0:1

“Legiya” (Polşa) – “Aktobe” (Qazaxıstan) 1:0