"Qarabağ"ın rəqiblərindən biri "Qalatasaray", digəri "Bayer"ə qarşı

"Qarabağ"ın rəqiblərindən biri "Qalatasaray", digəri "Bayer"ə qarşı

UEFA Çempionlar Liqasının əsas mərhələsində I turun görüşləri keçirilir.

"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə də 6 qarşılaşma baş tutacaq və bununla tura yekun vurulacaq.

Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən "Ayntraxt" Almaniyada "Qalatasaray"ı qəbul edəcək, oktyabrın 1-də Bakıda meydana çıxacaq Danimarkanın "Kopenhagen" klubu doğma meydanında "Bayer"lə üz-üzə gələcək.

Tarixində ilk dəfə Liqa mərhələsinə yüksəlmiş Qazaxıstanın "Kayrat" komandası çətin Portuqaliya səfərində "Sportinq"in qonağı olacaq.


UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 1-ci tur


20:45. "Brügge" (Belçika) - "Monako" (Fransa)

20:45. "Kopenhagen" (Danimarka) - "Bayer" (Almaniya)

23:00. "Mançester Siti" (İngiltərə) - "Napoli" (İtaliya)

23:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Qalatasaray" (Türkiyə)

23:00. "Sportinq" (Portuqaliya) - "Kayrat" (Qazaxıstan)

23:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)