"Qalatasaray" və "Nyukasl Yunayted"i darmadağın etdilər
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib.
"Mediasport" xəbər verir ki, bununla da 1/4 finala vəsiqə qazanan digər 4 iştirakçı kollektivin adı müəyyənləşib.
Türkiyə təmsilçisi "Qalatasaray" İngiltərədə darmadağına məruz qalıb.
"Qarabağ"ı pley-offda mübarizədən kənarlaşdıran "Nyukasl Yunayted" eyni aqibəti İspaniyada yaşayıb.
Qeyd edək ki, dünən "Real" M., (İspaniya), PSJ (Fransa), "Arsenal" (İngiltərə) və "Sportinq" (Portuqaliya) növbəti mərhələyə vəsiqə əld ə ediblər.
UEFA Çempionlar Liqası. 1/8 final. Cavab oyunları
"Barselona" (İspaniya) – "Nyukasl Yunayetde" (İngiltərə) 7:2 (İlk oyun - 1:1)
"Bayern" (Almaniya) – "Atalanta" (İtaliya) 4:1 (İlk qoyun - 6:1)
"Liverpul" (İngiltərə) – "Qalatasaray" 4:0 (Türkiyə) (İlk oyun - 0:1)
"Tottenhem" (İngiltərə) – "Atletiko" Madrid (İspaniya) 3:2 (İlk oyun - 2:5)
