UEFA Çempionlar Liqasında yarımfinal cütləri məlum oldu

UEFA Çempionlar Liqasında yarımfinal cütləri məlum oldu

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

"Mediasport" xəbər verir ki, cavab qarşılaşmaları çərçivəsində qalan iki görüş baş tutub.

Ötən həftə Portuqaliyada "Sportinq" üzərində minimal hesablı qələbə qazanan "Arsenal" yarımfinal vəsiqəsini doğma Londonda rəsmiləşdirib.

Madriddə keçirilən ilk dueldə "Bayern"ə məğlub olan turnirin əsas favoriti "Real" isə almanlara Münhendə də uduzaraq yarışla vidalaşıb.

Beləliklə, yarımfinalda PSJ "Bayern"lə, "Arsenal" "Atletiko" ilə qarşılaşacaq.


UEFA Çempionlar Liqası. 1/4 final. Cavab oyunları


"Bayern" (Almaniya) - "Real" (Madrid, İspaniya) 4:3

(ilk oyun - 2:1)

"Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) 0:0

(ilk oyun - 1:0)