Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III tur oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.
"Mediasport" xəbər verir ki, ən yaxşı “11-lik”də “Qarabağ”la matçda (3:1) iki qol vuran İspaniyanın “Atletik” komandasının hücumçusu Qorka Quruseta da yer alıb:
Qapıçı: Qulyelmo Vikario (“Tottenhem”, İngiltərə);
Müdafiəçilər: Nunu Mendeş (PSJ”, Fransa), Qabriel (“Arsenal”, İngiltərə), Vircil van Dayk (“Liverpul”, İngiltərə), Denzel Dümfris (“İnter”, İtaliya);
Yarımmüdafiəçilər: Fermin Lopes (“Barselona”, İspaniya), Feliks Nmeça (“Borussiya" Dortmund, Almaniya), Lennart Karl (“Bayern”, Almaniya);
Hücumçular: Entoni Qordon (“Nyukasl Yunayted”, İngiltərə), Qorka Quruseta (“Atletik”, İspaniya), Dennis Man (PSV, Niderland).

