"Napoli" 6 qol buraxdı, "Barselona" da 6, PSJ isə 7 qolla qalib gəldi

UEFA Çempionlar Liqasının əsas mərhələsində 3-cü tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə 9 görüş baş tutub.
"Qarabağ"ın rəqiblərindən "Napoli" Niderland səfərində darmadağın edilib.
Azərbaycan çempionu mübarizəyə bu gün qoşulacaq.
UEFA Çempionlar Liqası. Əsas mərhələ. 3-cü tur
"Barselona" (İspaniya) - "Olimpiakos" (Yunanıstan) 6:1
"Kayrat" (Qazaxıstan) - "Pafos" (Kipr) 0:0
"Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya) 4:0
"Bayer" (Almaniya) - PSJ (Fransa) 2:7
"Vilyarreal" (İspaniya) - "Mançester Siti" (İngiltərə) 0:2
PSV (Niderland) - "Napoli" (İtaliya) 6:2
"Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya) 2:4
"Yunion" (Belçika) - "İnter" (İtaliya) 0:4
"Nyukasl" (İngiltərə) - "Benfika" (Portuqaliya) 3:0