Vüsal İsgəndərli Superliqada komandasına qələbə qazandırdı

 Vüsal İsgəndərli Superliqada komandasına qələbə qazandırdı

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli futbol üzrə Albaniya Superliqasında növbəti qolunu vurub.

"Mediasport" xəbər verir ki, "Partizani"nin 31 yaşlı vingeri 24-cü turun "Tirana" ilə matçında fərqlənib.

Həmyerlimiz 37-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib - 2:0.

Liderdən 12 xal geri qalan "Partizani" 33 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

O, Albaniya klubunun heyətində ümumilikdə 23 oyun keçirib, 5 qolla yadda qalıb.