"Qol hesabımı açmağım üçün bilmirəm nə çatışmır" - EMİL

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev “Çernomorets”in heyətində növbəti qələbəsini qazanıb.
"Mediasport" xəbər verir ki, 24 yaşlı vinger Ukrayna Premyer Liqasının 28-ci turunda “Vorskla” üzərində əzmkar qalibiyyətə sevinib.
2:1 hesablı qələbəni şərh edən Emil 3 xalı xarakter sayəsində əldə etdiklərini bildirib:
“Geridönüşü xarakter sayəsində reallaşdırdıq. Komandamız nəticə üçün sona qədər mübarizə apardı. Bu qələbə bizə çox lazım idi. Qarşıda oyunlarmız var. Qol hesabımı açmağım üçün bilmirəm nə çatışmır. Əsas odur ki, komanda istədiyimiz nəticəyə çatsın".
Qeyd edək ki, Odessa klubu 28 turdan sonra 21 xalla sonuncu pillədə qərarlaşıb. Çempionatın başa çatmasına iki tur qalıb.