Azərbaycanlı hakimlər üçün təlim-tədris proqramı keçirilir

 Azərbaycanlı hakimlər üçün təlim-tədris proqramı keçirilir

FİFA dərəcəli qadın hakimlər, müvafiq Elit və II kateqoriya hakimləri üçün VAR sertifikasiyasının əldə olunmasına dair təlim-tədris proqramı keçirilir.

Bu barədə "Mediasport"a AFFA-dan məlumat verilib.

AFFA-nın inzibati binasında təşkil olunan təlim-tədris prosesi VAR Layihəsi üzrə təlimçi Kristof Dierik tərəfindən həyata keçirilir.