Son 4 oyunda məğlub olmayan millimiz FİFA reytinqində gerilədi
Futbol üzrə Azərbaycan milli komandası FİFA reytinqində geriləyib.
"Mediasport" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu yığma 1138,96 xalla 1 addım geriləyərək 127-ci pilləyə düşüb.
Maraqlıdır ki, komandamız son dörd oyunun heç birində uduzmayıb.
Yoldaşlıq qarşılaşmasında Tacikistanı, UEFA Millətlər Liqasında isə Litvanı məğlub edən futbolçularımız bu turnirdə baltikalılarla səfər və Lixtenşteynlə evdə bərabərə qalıblar.
Reytinqə 2011,57 xalla İspaniya millisi başçılıq edir.

