"Qarabağ" Liqa mərhələsinə düşsə, 40 milyon manata yaxın qazanacaq

UEFA Çempionlar Liqasında pley-offa vəsiqə qazanan “Qarabağ” bir nömrəli klub yarışının təsnifat mərhələlərində iki tur keçdiyi üçün büdcəsini xeyli zənginləşdirəcək.
"Mediasport" xəbər verir ki, Ağdam klubu pley-offadək uğurla irəlilədiyi üçün UEFA-dan təxminən 9 milyon manat əldə edəcək.
"Köhlən atlar" Liqa mərhələsinə yüksəlsələr, qazanc 40 milyon manatadək arta bilər. Liqa mərhələsinə vəsiqə hardasa 31 milyon manat bonus deməkdir.
Pley-offda Macarıstanın "Ferentsvaroş" kollektivi ilə qarşılaşacaq Azərbaycan çempionu burada mübarizəni dayandırıb yoluna Avroliqanın Liqa mərhələsində davam etsə, o zaman ümumilikdə qazancı 9 milyon manata yaxın olacaq.
Xatırladaq ki, Qurban Qurbanovun komandası cari ÇL-də 4 oyun keçirib və hamısında qələbə qazanıb. Komandamız "Şelbörn"ü (İrlandiya ) 3:0 və 1:0, "Şkendiya"nı (Şimali Makedoniya) isə 1:0 və 5:1 hesabları ilə məğlub edib.