Yankoviç millinin heyətində növbəti səfər qələbəsini qazandı

 Yankoviç millinin heyətində növbəti səfər qələbəsini qazandı

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Monteneqro yığmasının heyətində növbəti matçını keçirib.

"Mediasport" xəbər verir ki, yarımmüdafiəçi bu dəfə UEFA Millətlər Liqasında III turun Latviya millisi ilə səfər görüşündə forma geyinib.

Oyun monteneqroluların qələbəsi ilə yekunlaşıb - 2:1.

İki gün əvvəl Ermənistanla İrəvanda baş tutan qarşılaşmanın ən yaxşısı seçilən Yankoviç 61 dəqiqə meydanda olub.

Xallarının sayını 9-a çatdıran Monteneqro seçməsi C qrupunda liderdir.