"Neftçi" yeni mövsüm üçün başladı
UEFA Konfrans Liqası oyunundan sonra qısa istirahətə buraxılan “Neftçi” Azərbaycan Premyer Liqasında yeni mövsümün hazırlığına başlayıb.
"Mediasport" xəbər verir ki, "ağ-qaralar" 3 günlük istirahətin ardından “Palms Sports” Futbol Mərkəzində biraraya gəlib.
Komanda baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında taktiki-texniki tapşırıqları yerinə yetirib.
Xatırladaq ki, paytaxt təmsilçisi ilk turda “Sumqayıt”ın qonağı olacaq.
Premyer Liqada yeni mövsüm avqustun 14-də start götürəcək.


