Azərbaycan idmançıları "Olimpiya ümidləri" beynəlxalq turnirində

 Azərbaycan idmançıları "Olimpiya ümidləri" beynəlxalq turnirində

Azərbaycan yığmasının avarçəkənləri bu gündən sentyabrın 20-dək Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə "Olimpiya ümidləri" beynəlxalq turnirində iştirak edəcəklər.

Azərbaycan Su İdman Növləri Federasiyasından "Mediasport"a verilən məlumata görə, ölkəmiz yarışda 6 idmançı ilə təmsil olunacaq.

Kayak yarışlarında Mustafa Vəlizadə, Elmir Tarverdiyev və İvan Vorobjanskiy, kanoedə isə Hüseyn Səmədli, Fəxri Sadıqlı və Vaqif Mustafazadə mübarizə aparacaqlar.

Azərbaycan nümayəndə heyətində böyük məşqçi Boqdan Kurudz və komanda rəhbəri Elvin Heydərov da yer alacaq.

Beynəlxalq turnir gənc kayak və kanoeçilərin beynəlxalq səviyyədə təcrübə qazanması və rəqabət mühitində öz bacarıqlarını nümayiş etdirməsi baxımından mühüm əhəmiyyət daşıyır.