Yaşar Vahabzadəni 65 illik yubileyi münasibətilə təbrik etdilər

Yaşar Vahabzadəni 65 illik yubileyi münasibətilə təbrik etdilər

AFFA rəhbərliyi veteran futbolçu Yaşar Vahabzadəni 65 illik yubileyi münasibətilə təbrik edib.

"Mediasport" xəbər verir ki, federasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev Yaşar Vahabzadə ilə görüşüblər, ona cansağlığı və uğurlar arzulayıblar.

Veteran futbolçuya xatirə hədiyyəsi təqdim olunub.