Çempionlar Liqasında turun qalibi olmağa namizəd: Haaland və Addai

Çempionlar Liqasında turun qalibi olmağa namizəd: Haaland və Addai

UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci tur oyunlarının ardından həftənin ən yaxşı qolunun qalibi olmağa namizədlərin adları açıqlanıb.

"Mediasport" xəbər verir ki, 4 iddiaçıdan biri "Qarabağ"ın futbolçusudur.

Ağdam klubunun üzvü Emmanuel Addainin Avropa futbol qurumunun rəsmi saytında səsverməyə çıxarılıb.

24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəldikləri görüşdə "köhlən atlar"ın ikinci qolunun müəllifi olub.

Digər namizədlər "Mançester Siti"dən Erlinq Haaland, "Monako"dan Cordan Teze və PSV-dən İsmael Saibaridir.