Azərbaycan Premyer Liqası 50 çempionat arasında 41-cidir

Azərbaycan Premyer Liqası 50 çempionat arasında 41-cidir

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı 50 milli çempionatının siyahsını dərc edib.

"Mediasport" xəbər verir ki, sıralama 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan göstəricilərə nəzərən tərtib olunub.

Azərbaycan Premyer Liqası sıyahıda 41-ci pillədə yer alıb.

Ən yaxşı birincilik İngiltərə Premyer Liqası olub.