Yığmamız Yaponiyada beynəlxalq təlim-məşq toplanışında olub
Yeniyetmə oğlanlardan ibarət Azərbaycan cüdo millisi Yaponiyada üç həftəlik beynəlxalq təlim-məşq toplanışı keçib.
"Mediasport" xəbər verir ki, hazırlıq prosesinə 16 idmançı cəlb olunub.
Heyətə baş məşqçi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki rəhbərlik ediblər.
Toplanışın ilk həftəsi Tokai Universitetinin nəzdindəki Saqami məktəbində, ikincisi Tokiodakı Adaçi Qakuen məktəbində, sonuncusu isə Kokuşikanda baş tutub.
Qazanılan beynəlxalq təcrübə yeniyetmələrin qarşıdakı yarışlara hazırlığını gücləndirir və onların gələcəkdə yuxarı yaş qrupları üzrə milli komandalara keçidinə zəmin yaradır.

