Yığma komandamız Malta millisi ilə qarşılaşır - Avropa çempionatı

Yığma komandamız Malta millisi ilə qarşılaşır - Avropa çempionatı

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində üçüncü oyununu keçirəcək.

"Mediasport" xəbər verir ki, Solmaz Adilovanın rəhbərlik etdiyi kollektiv B Liqasının 2-ci qrupunda Malta yığması ilə üz-üzə gələcək.

Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 13:00-da başlanacaq.

Daha əvvəl Lüksemburqa uduzub (0:5) Bolqarıstana qalib gələn (3:2) futbolçularımız qrupdan çıxmaq üçün yaxşı fürsət əldə ediblər.

Qrupun digər oyununda eyni vaxtda Lüksemburq və Bolqarıstan komandaları qarşılaşacaqlar.

Son tur öncəsi Lüksemburq 6 xalla qrup lideridir, Azərbaycan və Bolqarıstan milliləri hərəyə 3 xalla müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşırlar.

Maltanın xalı yoxdur.


Avropa çempionatı. B Liqası, 2-ci qrup, 3-cü tur


13:00 Malta - Azərbaycan

Baş hakim: Filipa Pereyra Kunya (Portuqaliya)

Baş hakimin köməkçiləri: Kristiana Moreyra Koşta (Portuqaliya), Erinda Kume (Albaniya)

Dördüncü hakim: Eqlantina Pyetruşay (Albaniya)

Bayıl stadionu.