Yığmamızın dünya çempionatı üçün yekun heyəti açıqlandı

Azərbaycanın kişi basketbolçulardan ibarət yığma komandasının dünya çempionatının seçmə mərhələ matçları üçün yekun heyəti açıqlanıb.
"Mediasport" xəbər verir ki, komandanın baş məşqçisi Tahir Baxşıyev 12 nəfərlik heyəti müəyyənləşdirib:
1. Amil Həmzəyev, 2. Endar Poladxanlı, 3. Kamran Məmmədov, 4. Əkbər Məmmədov, 5. Elşad Şirzadov, 6. Şirzad Şirzadov, 7. Donta Hol, 8. Saadettin Donat, 9. Cəbrayıl Əkbərov, 10. Orxan Aydın, 11. Ercan Donat, 12.Ulaş Turqut.
Basketbolçularımız fevralın 20-də səfərdə Kosovo, üç gün sonra Bakıda İrlandiya seçməsi ilə qarşılaşacaq.
Millimizin yer aldığı A qrupuna hazırda 8 xalla İsveçrə başçılıq edir, İrlandiya 6 xalla ikincidir.
5 xalı olan Azərbaycan və Kosovo 3-4-cü yerləri bölüşür.