Avropa çempionatı: Yığmamızın oyun cədvəli açıqlandı

Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin təsnifat mərhələsindəki oyun cədvəli müəyyənləşib.
"Mediasport" xəbər verir ki, millimiz ilk oyunu Şimali Makedoniyaya, son görüşü İrlandiyaya qarşı keçirəcək.
Qruplarda komandalar dairəvi sistemlə (hər biri bir-biri ilə) ev və səfər formatında qarşılaşacaqlar.
A qrupunda hər komanda 6 oyun, B və C qruplarında hər komanda 4 oyun keçirəcək.
Hər qrupun qalibi birbaşa növbəti mərhələyə yüksələcək.
FİBA-2029. İlkin təsnifat mərhələsi
27 noyabr 2025-ci il
Şimali Makedoniya - Azərbaycan
30 noyabr 2025-ci il
Azərbaycan - Lüksemburq
27 fevral 2026-cı il
İrlandiya - Azərbaycan
2 mart 2026-cı il
Azərbaycan - Şimali Makedoniya
2 iyul 2026-cı il
Lüksemburq - Azərbaycan
5 iyul 2026-cı il
Azərbaycan - İrlandiya