Gənclər Liqasında 10 komanda çempionluq uğrunda yarışacaq

Basketbolun 3x3 növü üzrə “ABB Gənc Basketbol Liqası” start götürüb.
"Mediasport" xəbər verir ki, Bakı İdman Sarayında liqanın qrup oyunları keçirilib.
20 komandanın iştirakı ilə baş tutan yarışın ilk mərhələ matçlarından sonra 10 komanda yoluna davam etmək imkanı əldə edib.
“Xəzər”, BMU-2, “İdman Akademiyası”, AzTU, “Xəzər-2” və “İdman Akademiyası-2” birbaşa 1/4 final mərhələsinə çıxıblar.
ATU-2 (Gəncə) – ADNSU-2 və AzTU-2 – “Torpaq” cütlərinin qalibləri də 1/4 finala vəsiqə qazanacaqlar.
“ABB Gənc Basketbol Liqası”nın 1/4 final oyunları, yarımfinal və final oyunları bu gün baş tutacaq.