Yığma komandamızın Dünya Kubokunda rəqibləri məlum oldu
3x3 qadın basketbolçulardan ibarət Azərbaycan yığmasının Dünya Kubokundakı rəqibləri bəlli olub.
"Mediasport" xəbər verir ki, komandamız A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar kollektivləri ilə mübarizə aparacaq.
Yarış iyunun 1-dən 7-dək Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək.
