Yığmamızın İngiltərə, Slovakiya və Latviya üçün heyəti açıqlandı

 Yığmamızın İngiltərə, Slovakiya və Latviya üçün heyəti açıqlandı

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.

"Mediasport" xəbər verir ki, baş məşqçi Sahib Məmmədovun siyahısında 11 futbolçu var.

Qapıçılar: Elçin Qasımov, Emil Omarov;

Oyunçular: Elşad Manafov, Orxan Məmmədov, İsa Zeynalli, Sabir Allahquliyev, Ramil Əliyev, Kamran Qürbətov, Bayram Bayramlı, İsa İsayev, Mirmövsüm Caniyev.

Yığmamız bu gündən iyulun 20-dək Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olacaq.

B Liqasının B qrupunda yer alan millimiz iyulun 15-də İngiltərə, 16-da Slovakiya, 17-də isə Latviya yığmaları ilə qarşılaşacaq.

Hər üç oyun Batumi çimərlik meydançasında baş tutacaq.