Ölkə çempionu müəyyənləşdi

  Ölkə çempionu müəyyənləşdi

"Sabah-2" Azərbaycan Əvəzedicilər Liqasında 2025/26 mövsümünün qalibi olub.

"Mediasport" xəbər verir ki, turnirin mükafatlandırma mərasimi Binə qəsəbə stadionunda keçirilib. 

"Sabah"ın əvəzedicilərdən ibarət komandasına qızıl medalları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər.

Daha sonra qalib komanda çempionluq kubokunu başı üzərinə qaldırıb.