"Sabah" Pokatilova əvəz tapdı - "Bayquşlar"da almaniyalı qapıçı
UEFA çempionlar Liqasının Liqa mərhələsində debüt edəcək "Sabah" qapıçısı Stas Pokatilova əvəzləyici tapıb.
"Mediasport" xəbər verir ki, Masazır təmsilçisi Leon Pölslə anlaşıb.
"Bayquşlar" almaniyalı qolkiperin keçidini bugünlərdə açıqlayacaqlar.
29 yaşlı "çərçivə qoruyucusu" karyerası ərzində "Tadkaster" (İngiltərə), "Şemrok" (İrlandiya) və "Vlajniya"da (Albaniya) oynayıb.
Pöhl bu yay ayrıldığı Albaniya klubunun heyətində 35 matç keçirib.
Xatırladaq ki, "Sabah"ın kapitanı olan qazaxıstanlı Pokatilov qeyri-sabit çıxışları ilə yanaşı, xüsusilə Çempionlar Liqasının "Hapoel" Beer-Şeva ilə cavab pley-off görüşündə iki kobud səhvə yol verərə iki qola səbəb olmuşdu.


