"Zirə" 3-cü yoxlama oyununa çıxır

  "Zirə" 3-cü yoxlama oyununa çıxır

"Zirə" bu gün növbəti yoxlama oyununda qüvvəsini sınayacaq.

"Mediasport" xəbər verir ki, qəsəbə təmsilçisi Türkiyənin "Iğdır" komandası ilə qarşılaşacaq.

"Qartallar" buna qədər keçirdiyi yoxlama oyunlarında "Qarabağ"a (3:4) və Özbəkistanın "Navbahor" klubuna (1:3) uduzub.

Xatırlaladaq ki, Rəşad Sadıqovun komandası iyulun 2-dək Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirəcək.