"Turan Tovuz" "Zirə"ni qəbul edir, "Sabah" "Karvan-Yevlax"a qarşı
Azərbaycan Premyer Liqasında 29-cu tura bu gün yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, üçüncü oyun günündə də iki qarşılaşma keçiriləcək.
Avrokubokların astanasında olan "Turan Tovuz" doğma azarkeşləri qarşısında meydana çıxacaq.
Liqada qalmağa çalışan autsayder "Karvan-Yevlax" isə "Sabah"ın qonağı olacaq.
Xatırladaq ki, tur "Azərbaycan derbisi" ilə əlamətdardır.
"Neftçi" ilə "Qarabağ" arasında baş tutan mərkəzi matçda qonaqlar 5 qolla qələbə qazanıblar.
Azərbaycan Premyer Liqası. 29-cu tur
25 aprel
“İmişli” – “Sumqayıt” 0:2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Müslüm Əliyev
Quba OİK stadionu, 16:00
“Qəbələ” – “Araz-Naxçıvan” 1:1
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Vüqar Həsənli
AVAR: Əkbər Əhmədov
Qəbələ şəhər stadionu, 18:30
26 aprel (bazar)
“Şamaxı” – “Kəpəz” 2:0
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Emin Əliyev
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı şəhər stadionu, 16:00
“Neftçi” – “Qarabağ” 1:5
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Palms Sports Arena”, 19:00
27 aprel (bazar ertəsi)
"Turan Tovuz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Şirmamed Mamedov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu, 18:00
“Sabah” – “Karvan-Yevlax”
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elman Musayev
“Bank Respublika Arena”, 20:00
