"Zirə" Qəbələdə geri dönüşlə qələbə qazandı - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub.
"Mediasport" xəbər verir ki, son oyun günündə bir matç keçirilib.
Ötən mövsümün gümüş medalçısı "Zirə" səfərdə "Qəbələ"nin qonağı olub.
Xatırladaq ki, turun əvvəlki matçlarında "İmişli" "Neftçi" ilə bərabərə qalıb (0:0), son çempion "Qarabağ" "Sumqayıt"a (0:1), "Kəpəz" "Karvan-Yevlax"a (2:3), "Şamaxı" "Sabah"a (1:2), "Turan Tovuz" isə "Araz-Naxçıvan"a (1:2) uduzub.
Azərbaycan Premyer Liqası. 2-ci tur
"Qəbələ" - "Zirə" 1:2
Qol: Nicat Əliyev, 16 - Ceyhun Nuriyev, 31, 45+1.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Fərid Hacıyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Qəbələ şəhər stadionu.