"Turan Tovuz" braziliyalı futbolçu ilə yeni müqavilə bağlayacaq

 "Turan Tovuz" braziliyalı futbolçu ilə yeni müqavilə bağlayacaq

“Turan Tovuz” yayda klubla müqaviləsi başa çatacaq Aleks Souza ilə anlaşmanı yeniləyəcək.

"Mediasport" xəbər verir ki, qərb təmsilçisi braziliyalı forvardla danışıqlara başlayıb.

Baş məşqçi Kurban Berdıyev 24 yaşlı hücumçunun komandada qalmasını istəyir. Odur ki, rəhbərlik əməli fəaliyyətə keçib.

Xatırladaq ki, tovuzluların heyətində ötən ilin yanvarından forma geyinən "sambaçı"nın hazırkı müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

O, "Turan Tovuz"un heyətində cari mövsüm 7 oyuna 3 qol vurub.