Bakıda keçiriləcək dünya çempionatının hakimləri açıqlandı

 Bakıda keçiriləcək dünya çempionatının hakimləri açıqlandı

Mayın 21-də Bakıda start götürəcək minifutbol üzrə dünya çempionatının oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

"Mediasport" xəbər verir ki, mundialda 14 ölkədən referi çalışacaq:

Aleksander Vangelov (Bolqarıstan), Antoniyo Meşiç (Xorvatiya), Alaa Eddin Zidan (Liviya), Marko Popoviç (Monteneqro), Mixal Bereş (Slovakiya), Ales Müller (Sloveniya), Katalin Pidqirni (Moldova), Grem Florens (ABŞ), İlyes Çakrun (Tunis), İstvan Mod (Macarıstan), Mohammed Adnan İsmail (İraq), Rza Məmmədov (Azərbaycan), Tamaş Paul (Rumıniya), Tomaş Sikora (Çexiya).

Azərbaycan təmsilçilərindən yalnız Rza Məmmədov iş başında olacaq.

Dünya birinciliyi iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək.