Dünya çempionatında 1/8 final: Millimiz Rumıniya yığmasına qarşı

 Dünya çempionatında 1/8 final: Millimiz Rumıniya yığmasına qarşı

Bakıda ilk dəfə keçirilən minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsi start götürəcək.

“Mediasport” xəbər verir ki, Milli Gimnastika Arenasında 4 matç baş tutacaq.

A qrupunu lider kimi başa vuran Azərbaycan millisi B qrupunun ikincisi, son dünya çempionu Rumıniya yığması ilə qarşılaşacaq.


Dünya çempionatı. 1/8 final


17:30. İngiltərə - Bolqarıstan

19:00. Portuqaliya - Macarıstan

20:30. Azərbaycan - Rumıniya

22:00. Fransa - Mavritaniya