ÇL-də püşk atıldı: Azərbaycan klublarının rəqibləri müəyyənləşdi

Minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.
"Mediasport" xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edəcək "Birbaşa Bakı", "Zirə" və "AzNur" komandalarının rəqibləri də müəyyənləşib.
Son çempion "Birbaşa Bakı" "Srvena Zvezda" (Serbiya), "Portu" (Portuqaliya) və "Rımniku Vılça" (Rumıniya) komandaları ilə bir qrupda yarışacaq.
"Zirə"nin qrup rəqibləri "Afula" (İsrail), "MF 22 Yakmart Humen" (Slovakiya) və "Budapeşt" (Macarıstan) klubları olacaq.
"Aznur" isə qrupda "Kayrat" (Qazaxıstan), "Ovyedo" (İspaniya) və "Hoverla Praqa" (Çexiya) kollektivləri ilə qarşılaşacaq.
Çempionlar Liqası sentyabrın 17-dən 21-dək da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.