"Zirə"nin 5 manatlıq oyunu
UEFA Avropa Konfrans Liqasının I təsnifat mərhələsinin “Zirə” – “Torpedo” (Gürcüstan) oyununun biletləri satışa çıxarılır.
"Mediasport" xəbər verir ki, azarkeşlər vauçerləri iyulun 7-də, saat 12:00-dan etibarən əldə edə bilərlər.
“Zirə İdman Kompleksi”ndə və “Azfar”ın “Baku Arena” filialında satılacaq biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10, 20, və 50 manat arasında dəyişəcək.
İyulun 8-də Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda reallaşacaq matç saat 20:00-da başlanacaq.


